İCRA BAŞÇISI QAMQAMDA ŞƏHİDLƏR BULAĞI İLƏ TANIŞ OLUB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Qamqam kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Qamqam kəndinin mərkəzində inşa edilmiş Şəhidlər xatirə-bulaq kompleksi və Qamqam kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Mübariz Beydulla oğlunun büstü ilə tanış olub.Səyyar qəbul zamanı Rayon rəhbəri tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Qamqam kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Qamqam kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.