İCRA BAŞÇISI MEŞƏLƏRİN QANUNSUZ QIRILMASININ QARŞISINI ALDI

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Talabıqışlaq kəndində son günlər bəzi sosial şəbəkələrdə həmin kənddə və digər qonşu kəndlərdə meşələrin

qanunsuz qırılması barədə yayımlanmış materiallarla bağlı həmin kəndlərin sakinləri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsinin və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərləri və əməkdaşları, Talabıqışlaq İƏD üzrə kəndlərin sakinləri iştirak edib.Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qeyd olunan məsələ ilə əlaqədar öz fikirlərini bildirmiş, vətəndaşları ətraflı dinləmiş və ətraflı araşdırmalar aparılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.