Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Barlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirilib.
Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı bilgi verildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Barlı qəsəbəsində Birinci Qarabağ Müharibəsi şəhidləri Əliyev Ramazan Şura oğlunun və Seyidəhmədov Novruz Məmmədşah oğlunun büstlərinin qarşısına gül dəstələri düzmüşdür.