İLQAR MAHMUDOV PAŞAOBA SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsinin Paşaoba kəndində vətəndaşların

növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba Rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba Rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Paşaoba kəndində yaradılan Şəhidlər xatirə guşəsinin və Paşaoba kənd tam orta məktəbinin önündə qoyulan Birinci Qarabağ Müharibəsi şəhidi Mehman Zöhrabovun büstünün qarşısına gül dəstələri düzüb.