Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Daşqın Ağayevin kəndin girişində inşa olunan xatirə guşəsi və Mirzəqışlaq kənd tam orta məktəbində yaradılan Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri düzüb.
