İLQAR MAHMUDOV BARLI QƏSƏBƏSİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Barlı qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülən işlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Barlı qəsəbəsində Birinci Qarabağ Müharibəsi şəhidləri Ramazan Əliyevin və Novruz Seyidəhmədovun büstlərinin qarşısına gül dəstələri düzüb.