İŞLƏR MİNATƏMİZLƏMƏ PROSESİ İLƏ BƏRABƏR YERİNƏ YETİRİLİR
Baxış sayı: 499
Horadiz-Ağbənd dəmir yolunda artıq ikinci mərhələdə işlər görülür. Polad yolun tikintisi üç mərhələ üzrə həyata keçirilir. Birinci mərhələ yolun 30 kilometrlik hissəsini əhatə edir. Demək olar ki, bu mərhələ üzrə işlərin 90 faizi yekunlaşıb. Hazırda 55 kilometr uzunluqda olan, yəni ən böyük mərhələdə işlər aparılır. Soltanlı stansiyası isə başlanğıc hissəsidir. Bu mərhələ Soltanlı ilə yanaşı Qumlaq, Həkəri və Mincivana kimi olan ərazini əhatə edir. İşğaldan azad olunan ərazilərdə aparılan bu işlər mina təmizləmə prosesi ilə bərabər yerinə yetirilir. Hazırda yolun 85 kilometrlik hissəsi minalardan tamamilə təmizlənib. Üçüncü mərhələnin işlərinə hazırlıq görülür. Sözügedən mərhələ isə Mincivandan Bartaz-Ağbənd istiqamətində olacaq ki, bu da yol üzrə 25,4 kilometrlik hissəni əhatə edəcək.