HİNDİSTANLI TURİSTLƏR NİYƏ AZƏRBAYCANI SEÇİR?

Ötən illərdə olduğu kimi, Bakı və Qəbələ şəhərləri 2025-ci ildə də hindistanlı turistlər üçün ən populyar istiqamətlər arasında yer alıb. Bundan sonra növbəti 3 yeri Quba, Qusar və Şəki tutur. Habelə Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq və Qazaxıstanın Almatı şəhəri yer alır. Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22 % ucuzlaşma qeydə alınıb ki, buda Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir. 2024-cü ilin ilk on bir ayında Hindistandan Azərbaycana sırf istirahətə gələnlrin sayı 200 min nəfərdən çoxdur. Bu da illik müqayisədə ikiqat yüksəlişdir. Turizim məqsədi ilə gələnlərin 60 faizi və ya 125800 nəfərini kişi, 40 faizi və ya 83 min nəfərini isə qadın təşkil edib. Onların böyük hissəsi Bakı, Qəbələ və Qubada gecələyiblər. Aparılan araşdırmalar göstərir ki, hindistanlı turistlərin 83 %-i daha sakit və unikal istiqamətlərdə səfərlər planlaşdırır. Bu baxımdan dağlıq ərazidə yerləşən və təbiəti gözəl olan Qəbələ, Quba, Qusar və Şəki həm istirahət etmək istəyən, həm də macəra axtaran turistlər üçün ideal məkanlardır. Bakı isə qədim tarixə, zəngin mədəniyyətə və müasirliyə sahib olması ilə hindistanlı turistlərin diqqət mərkəzində olacaq. Qeyd edək ki, ümumilikdə 2024-cü ildə Azərbaycana 243 589 hindistanlı turist səfər edib.