HAYLARIN MÜMKÜN TƏXRİBATLARINA ƏN SƏRT ŞƏKİLDƏ CAVAB VERİLƏCƏK
Baxış sayı: 40
İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyi sözdə sülhə hazır olduğunu desə də, əməldə bunun əksini edir. Ordunun silahlandırılmasına xüsusi diqqət yetirilməsi, şərti sərhəddə yeni bunker və istehkamların tikilməsi də bunun bariz nümunəsidir. Son günlər mövqelərimiz məhz həmin bunkerlərdən iriçaplı silahlarla atəşə tutulub. İstehkamlardakı pulemyotlara optik kamera sistemi qoşulur və bu, davamlı atəş açmağa, müşahidə aparmağa imkan verir. Sülh sazişinin gündəmdə olduğu bir vaxtda bu kimi halların baş verməsi vəziyyəti daha da gərginləşdirir. Bölgədə yeni qarşıdurmanın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşür. Əgər onlar revanşist əməllərdən əl çəkməsələr, mümkün təxribatların cavabını Ordumuz ən sərt şəkildə verəcək.