HAVANIN TEMPERATURU MÜSBƏT 40 DƏRƏCƏYƏ YAXINLAŞIR

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 23-ü saat 9:00-a olan bilgiyə əsasən

əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax və Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub. Habelə Milli Hidrometeorologiya Xidmətindən o da bildirilib ki, Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənsədə, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.