HAVANIN TEMPERATURU KƏSKİN DƏYİŞƏCƏK

Havanın temperaturu kəskin dəyişəcək güclü külək əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin proqnozlar birosunun direktoru Gülşad Məmmədova, bu gündən etibarən küləyin sürətinin ötən günlərlə müqayisədə artacağını bildirib. Gülşad Məmmədova bölgələrdə də havanın küləkli və yağışlı olacağını bildirib. Onuda qeyd edək ki, gözlənilən hava şəraiti ilə əlaqədar Fövqaladə Hallar Nazirliyi əhaliyə müraciət edərək , müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bildirilib ki, güclü külək zamanı yüngül konsturuksiyalı və müvvəqəti tikililərdən bina və reklam lövhələrindən uzaq durmaq , elektirik dirəyi və naqillərinin, həmçinin hündür ağacların altında dayanmamaq tövsiyyə olunur. Habelə güclü küləkli hava şəraitində çimərliklərə getmək də təhlükəli hesab olunur.