HAVALAR KƏSKİN DƏYİŞDİ, SULU QAR GÖZLƏNİLİR
Baxış sayı: 106
Sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən bilgiyə görə, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvanda yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.