HANSI ÇİMƏRLİK TƏHLÜKƏLİDİR?
Baxış sayı: 779
Müxtəlif rayon və şəhərlərdə dəniz suyundan nümunələr götürüldü. Həmin nümunələr araşdırıldıqdan sonra ərazilərdə yerləşən çimərliklərin yararlı və yararsız olması üzə çıxdı. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologya Mərkəzinin Şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu və Sumqayıtda əhatə edib. Şöbə müdiri bildirib ki, monitorinqlərin nəticələri ilə bağlı qərar adiyatı dövlət qurumlarına və çimərlik ətrafı ərazilərdə yerləşən ictimai iyaşə obyektlərinin sahiblərinə təqdim olunacaq. Ümumilikdə isə iyun ayının 15- nə kimi monitorinqlərin nəticələri barədə daha geniş məlumat veriləcək.