HƏQİQİ MÜƏLLİM ADINI DAŞIYAN İNSAN
Baxış sayı: 926
Müəllim adı müqəddəsdir. Bu peşə sahibləri xüsusi hörmət və ehtirama layiq olmaqla insana ilk düz yol göstərən, onun mükəmməl insan olmasında stimul verən əsas qüvvədir. Böyük yunan filosofu Platon demişdir: “Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllim yüksək əqidə, məslək sahibi olmaqla bir vətəndaş olaraq xalqını, vətənini sevməli, gəncliyi də bu ruhda yetişdirməlidir. Məhz belə əqidəli müəllim adına layiq şəxslərdən biri də əməkdar müəllim Şahlar Əmirovdur.