Fələstinli döyüşçülər İsrailin cənubundakı Magen şəhərinə daxil olublar.Bu barədə “Əl Cəzirə” telekanalı bilgi yayıb. Tank döyüşlərinin getdiyi bildirilir. Qeyd edək ki, oktyabrın 7-də
HƏMAS qruplaşması İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb. Hücum nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb. Xeyli sayda mülki şəxs də fələstinlilər tərəfindən girov götürülüb. Qeyd edək ki, İsraildə HƏMAS yaraqlılarının hərəkətlərini pisləyən ilk Yaxın Şərq ölkəsi BƏƏ oldu. Bu barədə İsrailin “Details” nəşri bilgi yayıb. “Lakin HƏMAS-ın hücumuna BƏƏ-nin ilk reaksiyası daha neytral olub. BƏƏ hər iki tərəfi təmkinli olmağa çağırıb. Oxşar ritorika bir çox başqa islam dövlətlərindən də eşidilə bilərdi. Yalnız Azərbaycan terrorçuları açıq şəkildə pislədi”, - deyə “Details” nəşrinin verdiyi bilgidə qeyd olunub.