HƏBSXANADA ÖYRƏNDİYİ SƏNƏTLƏ AİLƏSİNİ DOLANDIRIR

Söhbət Qubanın dağlıq Töhmər kəndində yaşayan Murad Ağayevdən gedir Qubanın dağlar qoynunda yerləşən və turistik Töhmər kəndində yaşayan keçmiş məhbus Murad Ağayev həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır.

Yaşadığı kənd ucqar dağ kəndi olsada bunun onun üçün heç bir çətinliyi yoxdur. Qubanın dağlıq Töhmər kəndində yaşayan Murad Ağayev kiçik bir səhvinin ucbatından həbsə düşüb.Cəza çəkdiyi dövr ərzində oyma sənətini öyrənib. Murad Ağayevin sözlərinə görə,həbsxanada qaldığı müddətdə fikirini yayındırmaq və adaptasiya olmaqdan ötrü müxtəlif yollar axtarıb. Çıxış yolunu isə cəzaçəkmə müəssisəsinin emalatxanasında taxta oyma sənətini öyrənməkdə görüb. Keçmiş məhbus hazırladığı əşyaları həm satır, həm də yaxınlarına hədiyyə edir. O, bəzi əl işlərini satmaq üçün rayon mərkəzinə də aparır. Müxtəlifmateriyallardan istifadə edərək hazırladığı əl işlərinə ən azı 10 gün vaxt sərf edir. Murad Ağayev bildirib ki, həbsdə olarkən bir neçə əl işi sərgilərdə də nümayiş olunub