GERİDÖNÜŞÜMÜ OLAN AYAQQABILARIN İSTEHSALI MÜMKÜNDÜRMÜ ?

Dünyanın bir çox ölkələrində insanların ətraf mühitə olan diqqətini cəlb etmək üçün bir çox layihələrə imza atırlar. Bu dəfə geyim sahəsində atılan addım bütün insanların diqqətini cəlb edib.

Moda sənayesi hər il atmosferə milyonlarla ton karbon qazı buraxır. İstehsal zamanı istifadə olunan kimyəvi maddələr və boyaların çoxu su mənbələrini çirkləndirir. Ekoloji cəhətdən daha məqsədə uyğun materiallardan istifadə edərək ətraf mühiti çirkləndirmədən yeni geyimlər istehsal etmək olar. Bununla insanlara ətraf mühitə diqqətini cəlb edərək təbiətdə gec yox olan plastik əşyalardan istifadənin qarşısını almaq olar. Bunu edən bir idman ayaqqabı istehsal edən şirkət öz səsini dünyaya çatdırmağa çalışır. Yosunlardan yeni və geri dönüşümü mümkün olan bir ayaqqabı istehsal etdilər. Bunun üçün göllərdən yosunlar toplanır, su hövzəsi təmizlənir. Daha sonra yosunları plastiki əvəz edəcək hissələrə çevirirlər.