GƏNCLƏR SİYASƏTİNDƏ İSLANDİYA MODELİ
Baxış sayı: 820
Reykyavikdə toran düşəndə gənclərə nəzarət vəzifəsini öz üzərinə götürmüş böyüklər, başqa adla desək patrul valideynlər küçələrə çıxır. Patrul valideyinlər uşaqlara nəzakətlə yaxınlaşır, onlarla mehribancasına söhbət edərək artıq gec olduğunu və evə getməli olduqlarını deyirlər. Patrul üzvlərindən biri uşaqlara izah edir ki, qanuna görə 12 yaşdan kiçik uşaqların gecə saatlarında çöldə olmasına icazə verilmir. Bu cür patrulların tərəfdarlarının dediyinə görə könüllülər uşaqları gecə klublarından gec saatda çıxan işsiz – gücsüz avara gənclərdən qorumaqla yanaşı, həm də onların gələcəkdə belə səhvlər buraxmamalarının qarşısını alırlar.