Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.Təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinin, qorunmasının vacibliyi günümüzün ən aktual məsələlərindən biridir. Bu baxımdan balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslər qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya, qaydalara əməl etməlidirlər.