GƏLƏNƏKSƏL GEYİMLƏR

Azərbaycan milli geyimlərinin tarixi çox qədim dövrlərə gedib çıxır. Azərbaycanın gələnəksəl geyimləri haqqında müxtəlif dövrlərdə ölkəmizə səfər edən səyyahlar, tarixçilər və şairlər öz xatirələrində yazıblar.

Tikiş üzrə mütəxəssis, Azərbaycan milli geyimlərinin araşdırmaçısı və tanınan xalçaçı Fatimə Ağamirzəyeva bildirir ki,  milli geyimlərimizin rəngarəngliyi və dillərə dastan olmasına  hələ şifahi xalq ədəbiyyatı nümunələrində də rast gəlinir. Onun sözlərinə görə Azərbaycanın etnik tərkibinin zəngin olması onun milli geyimlərini və gələnəklərini də zəngin edir. Mütəxəsissin sözlərinə görə Azərbaycan gələnəksəl geyimlərinin bir çoxu əslində bizə doğru tanıdılmayıb. Fatimə Ağamirzəyeva Azərbaycanda milli geyimlərin həm də bir özünüifadə forması olduğunu bildirdi. Bu gün milli geyimlərimizin yenidən tanıdılması və geyinilməsinin tərəfdarı olduğunu bildirən mütəxəssis bildirdi ki, hazırda öz milli geyimlərinə sadiq qalan ölkələr var. Azərbaycanda da bu geyimlərə yeni ruh verərərk onu yaşatmaq mümkündür.