FUTBOL ÜZRƏ QUBA RAYON BİRİNCİLİYİNİN FİNAL OYUNU KEÇİRİLDİ

Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonu Bağbanlı qəsəbə stadionunda Ümummilli Lider Heydər

Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə Quba rayon birinciliyinin final oyunu keçirilib. Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında “Bağbanlı” və “Hacıhüseynli” komandaları qarşılaşıb. Oyun bərabər bitdiyi üçün penalti seriyasında "Bağbanlı" komandası yarışın qalibi adına yiyələnib. Bağbanlı qəsəbə stadionunda keçirilən final matçını Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon sakinləri izləyib. Sonda qalib komandaya medal, kubok və  fəxri fərmanlar təqdim olunub.