Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bakıda ziyafət təşkil edib. Mərasimdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti Aktotı Raimkulova bu vəzifədə 8 il
fəaliyyət göstərmiş Günay Əfəndiyevaya Türk dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.Tədbirdə rəsmi şəxslər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, deputatlar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Tədbir iştirakçıları Aktotı Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib, Fondu Türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndiriblər.Qeyd edək ki, tədbir çərçivəsində “Turan” etno-folklor ansamblı və “Zəfər” muğam qrupu bir-birindən maraqlı çıxışlar ediblər.