FHN GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİB
Baxış sayı: 1141
Fövqəladə Hallar Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin temperaturun yüksələcəyinə dair xəbərdarlığı ilə əlaqədar əhaliyə müraciət edib.Müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə havanın temperaturunun daha da yüksəlməsinin, bəzi ərazilərdə maksimal temperaturun 42-44 dərəcəyədək artmasının gözlənildiyi qeyd olunub.