FEVRALIN 2-Sİ AZƏRBAYCAN GƏNCLƏRİNİN GÜNÜDÜR

İşıqlı gələcəyə aparan inamlı addımlar Gənclik millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır.

Bu əsas tutularaq ölkəmizdə gənclər siyasəti ilə bağlı bir sıra işlər görülür.Dövlət qayğısının bariz nümunəsidir ki, fevralın 2-i ölkəmizdə gənclər günü olaraq qeyd olunur. Xoşbəxt gələcəyə olan ümidlər, ilk növbədə, gənc nəsillə bağlıdır. Fevralın 2-si Azərbaycan gənclərinin günüdür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkəmizdə daha uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi dövlət proqramları da uğurla icra olunur və öz müsbət nəticələrini verir. Respublikanın bütün bölgələrində olduğu kimi Quba rayonunda da gənclərimizin inkişafı istiqamətində işlər uğurla həyata keçirilir.Quba rayon Gənclər və İdman İdarəsi dövlət gənclər siyasəti ilə bağlı ölkə başçısının qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir. Ölkə başçısı tərəfindən 2020–ci ilin “Könüllülər ili” elan olunması” gənclərimizə olan dövlət qayğısının yüksək səviyyədə olmasını bir daha sübut etdi .Könüllülər ili çərçivəsində müxtəlif təşkilatlarda könüllülük fəaliyyəti ilə məşğul olan gənclər onlara göstərdiyi qayğıdan və yaradılan imkanlardan istifadə edərək ölkənin sosial, iqtisadi, mədəni həyatında iştirak etməklə kifayətlənmir, həyata keçirilən fəaliyyətlərin daimi olaraq aparıcı qüvvələri kimi çıxış edirlər. 2 fevral günü münasibəti ilə gənclərimiz təbriklərini çatdırmağı unutmayıblar. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər.Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.Bayramınız mübarək əziz gənclər