www.evegedirem.info portalında qeydiyyat 18 aprel 2020-ci il (Moskva vaxtı ilə) saat 10:00-dan etibarən 23 aprel 2020-ci il saat 00:00-dək aparılacaq.
İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.“Evə Gedirəm” portalı xarici ölkələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərinə çevik baxılıb həll olunması üçündür. Məqsəd müvafiq dövlət orqanlarının bu prosesi vahid mərkəzdən idarə etməsi və vətəndaşlarla onlayn əlaqənin təşkil olunmasıdı. beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsullaqlarına müraciətləri tezləşəcək. Onların vətənə qayıdış prosedurlarına köməklik göstəriləcək. Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcək!Saytda qeydiyyata düşmək üçün vətəndaşlarımız internet səhifəsinə daxil olmalı, burada əks olunmuş xanaları doldurmalıdırlar.Saytda qeydiyyatdan keçən hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq. həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək. Müraciət edən şəxsin geri dönüş üçün müəyyən olunan tarix və keçid məntəqələri barədə məlumat portal vasitəsi ilə, mobil telefona sms göndərilməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildiriləcək. Onuda əlavə edəkki , Vətəndaşların Azərbaycana qayıdış tarixləri karantin rejiminin şərtlərinə uyğun tənzimlənəcək . Ölkəyə qayıdan hər bir şəxs karantində yerləşdiriləcək.