ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA MÜNAQİŞƏ BAŞA ÇATMAQ ÜZRƏDİR

Ağ Evin Oval kabinetində, bir qədər gecikmə ilə olsa da, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında görüş baş tutub.Bu barədə BBC bilgi yayıb.Görüşdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio da iştirak edib. Görüşdə maraqlı məqamlardan biri ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutteyə Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmaq üzrədir- deməsi olub. “Biz daha bir məsələni həll etdik, mən Ermənistanı və Azərbaycanı nəzərdə tuturam. Görünür, bu məsələ yekunlaşmaq, uğurlu başa çatmaq üzrədir", - deyə Amerika Prezidenti qeyd edib. Qeyd edək ki, Tramp görüşdə dünyada gedən proseslərlə bağlı mühüm fikirlər səsləndirib.