ERMƏNİSTANIN SƏHİYYƏ NAZİRİ ÖLKƏNİ QARIŞDIRDI

Ermənistanın səhiyyə naziri Anait Avanesyan ölkəsinin iç üzünü açan

dəhşətli bir açıqlama verib. Onun sözlərinə görə Ermənistan II Qarabağ müharibəsində həlak olan hərbçilərinin bir qisminin qalıqlarını hələdə dəfn etməyib. Səhiyyə naziri bildirib ki, ölənlərin yaxınları DNT nəticələrini tanımaq istəmirlər. Halbuki, qalıqların kimə məxsus olduğuna dair ekspertizanın nəticələri heç bir şübhə doğurmur. Qeyd edək ki, bu ilin fevral ayında Ermənistanın Müdafiə Nazirinin keçmiş müşaviri  general-mayor Vardan Avetisyan açıqlama vermişdi ki, şəxsiyyəti müəyyən edilmiş 80-dən çox hərbçinin qalığı respublikanın morqunda saxlanılır. Lakin doğmaları onlara sahib çıxmaqdan boyun qaçırır.

{youtube}qmkS2nX0Fxk{/youtube}