ERMƏNİSTAN ZƏNGƏZUR DƏHLİZİNƏ NƏZARƏT ETMƏK İSTƏYİR?

Ermənilər Laçın dəhlizindən istifadə etməklə necə ki, Xankəndinə heç bir maneə olmadan gedib-gələ bilirsə, eynilə Azərbaycan vətəndaşları da Zəngəzur dəhlizindən bu cür istifadə etməlidir. Ekspertlərin fikrincə Laçın dəhlizində Azərbaycanın indiyədək heç bir nəzarət- buraxılış postu quraşdırmaması ölkəmizin xoş niyyətindən xəbər verir. Əgər Ermənistan bunun davamlı olmasını istəyirsə, Naxçıvana gedib – gələn vətəndaşlarımıza da eyni şərait yaratmalıdır.