Rəsmi İrəvan Rusiya ilə əlaqələrini kəsmək fikrindədir. Bu Ermənistanın Baş Nazirinin Rusiyanı yenidən hədəfə almasında da özünü açıq şəkildə göstərir. Nikol Paşinyan ölkəsinin KTMT
– dəki fəaliyətini de yure, yəni hüquqi səviyyədə dayandıra biləcəyinə dair açıqlama verib. Onsuzda təşkilatdakı fəaliyyətlərinin defakto dondurulduğunu deyən baş nazir, əgər Rusiya tərəfindən Ermənistanın məsələləri həllini tapmazsa, öz dövlətinin nümaqyəndəsinin KTMT – də təmsil olunmayacağına dair Moskvanı hədələyib. Rusiyadan hərbi asılılığa son qoymaq istəyən rəsmi İrəvan, düşünür ki, Ermənistanın təhlükəsizliyinə Fransanın zəmanət verəcəyinə inanır. Ancaq Paşinyan hökuməti unudur ki, Ermənistan Rusiyadan hərbi sahədən çox, iqtisadi sahədə asılıdır. Qeyd edək ki, Fransa hal hazırda özü yeni enerji resursları ovuna çıxıb. Fransanın ona hər tərəfli dəstək verəcəyini düşünən Paşinyan, unudur ki, bu arxayınlıq ona baha başa gələ bilər. Ermənistanın bu dəqiqə yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Atacağı hər hansı bir düşünülməmiş addım, nə özünə, nədə ki, havadarlarına sərf edir. Yaxşı olar ki, Paşinyan sonuncu dəfə Münhen təhlükəsizlik konfransında, elə güvəndiyi Avropa ölkələri tərəfindən təkləndiyini unutmasın.