ERMƏNİSTAN HÖKUMƏTİ TİTANİK GƏMİSİNƏ BİLET ALIR
Baxış sayı: 52
Ermənistan hökuməti ölkənin Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə erməni mediası bilgi yayıb. Əsas məruzəçi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihənin mülki təşəbbüs kimi parlamentə baxılmaq üçün təqdim edildiyini bildirib. Qeyd edək ki, Paşinyan parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın AB-yə üzv olmaq niyyətinin ümumxalq referendumu vasitəsilə təsdiqlənməli olduğunu demişdi. Rusiya Ermənistanda AB-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. Overçuk bunu İrəvanın suveren seçimi adlandırıb. Qeyd edək ki, bundan öncə Overçuk bildirmişdi ki, Ermənistanın Avropa Birliyinə daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır. Hətta Baş nazirin müavini Ermənistanın AB-yə üzvülük təşəbbüsünü, Titanik gəmisinə bilet almaqla müqaisə edib.