ERMƏNİSTAN AZƏRBAYCANA TƏZMİNAT ÖDƏYƏCƏK ?
Baxış sayı: 721
İllərdir onlara aid omayan torpaqlarda məskunlaşan ermənilər artıq bu əraziləri tərk etmək məcburiyyətindədirlər. Onlar murdar xislətlərinə uyğun olaraq həmişəki kimi evlərə od vurur, talan edir, meşələrimizi yandırıb – məhv edirlər. Təbii ki, bu terror aktları Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə, Azərbaycana təzminat ödənişi məsələsini yenidən gündəmə gətirir.
Əslində faşist erməniləri arxayınlaşdıran səbəblərdən biri də, 30 il ərzində Azərbaycana vurduqları ziyana görə heç bir təzminat ödəməmələri və beynəlxalq ictimaiyyətin də bu məsələyə sükutla yanaşmasıdır. Nəzərə alsaq ki, Qarabağda hələ də separatçılar yaşıyır, deməli ermənilərin terrorçuluq fəaliyyəti də aktuallığını qoruyub saxlayacaq. Bəs bunun qarşısı necə alınmalıdır ?
Sözsüz ki, qərb ölkələrindəki erməni lobbisi, diasporu və təşkilatları bu məsələnin baş tutmaması üçün yerli hökumətlərə hərtərəfli təzyiqlər göstərirlər. Lakin, işğal nəticəsində Azərbaycana dəymiş zərər və ziyanların əvəzinə Ermənistandan təzminat tələbi mümkündür. Əks halda mənfur qonşularımız bu kimi terror fəaliyyətlərindən əl çəkməyəcəklər.