ERMƏNİSTAN AZƏRBAYCAN TURİZMİNƏ NƏ QƏDƏR ZİYAN VURUB ?
Baxış sayı: 494
Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib. Bu barədə bilgini Dövlət Turizm Agentliyindən bildiriblər. Bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1 %-i işğal altında qalmış ərazilərin payına düşüb. “Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.