ERMƏNİSTAN ÜÇÜN KRİTİK 11 GÜN
Baxış sayı: 13
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik artır. Aparılan son sorğular hakim “Vətəndaş Müqaviləsi” Partiyasının liderliyini qoruduğunu göstərir. Əsas mübarizə isə Nikol Paşinyanın komandası ilə revanşist müxalifət arasında gedir. Sorğulara əsasən, seçicilərin böyük hissəsi siyasi qüvvələrdən narazıdır. Bir çox vətəndaş ya seçkilərdə iştirak etmək istəmir, ya da hələ qərar verməyib. Buna baxmayaraq, mövcud nəticələr Paşinyanın yenidən parlamentdə üstün mövqe qazanacağını göstərir. Ekspertlər hesab edir ki, səslərin çoxsaylı partiyalar arasında parçalanması hakimiyyətin xeyrinə işləyəcək. Eyni zamanda, Rusiyanın seçkilərə təsir göstərməyə çalışdığı və revanşist qüvvələrə dəstək verdiyi bildirilir.Analitiklərin fikirlərincə, Paşinyanın əsas üstünlüyü regionda müharibədən sonra yaranan nisbi sabitlik və iqtisadi göstəricilərdəki artımdır. Müxalifətin qələbəsi isə Ermənistanda yenidən siyasi böhran və gərginlik riski yarada bilər. Xatırladaq ki, seçkilərə 19 siyasi partiya və blok qoşulub.
