ERMƏNİLƏRİN KTMT-YƏ SUALLARI VAR

Ermənistan xalqının və rəhbərliyinin 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri ilə bağlı

sualları var.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Voll Strit Jurnal”a müsahibəsində deyib. “Biz bu məsələlərlə bağlı söhbətə, dialoqa başladıq. Bu söhbət bu gün də davam edir, mənim də bu mövzuda danışmaq imkanım oldu, bizim müxtəlif tərəfdaşlarımız çıxış edir və bu söhbət davam edəcək, çünki burada bizim Rusiyanı daha yaxşı və düzgün başa düşməyimiz, Rusiyanın da bizi başa düşməsi həqiqətən çox vacibdir”, - deyə o bildirib. Jurnalistin “Niyə Ermənistan hələ də KTMT üzvüdür” sualına isə Paşinyan belə cavab verib: “Məhz ona görə ki, biz məsələlərin müzakirə mərhələsindəyik; ona görə ki, KTMT-nin hər hansı məsələdə bizi səhv başa düşməsini istəmirik və istənilən məsələdə KTMT-ni də səhv başa düşmək istəmirik. Hansısa nəticə çıxaqmaq (qərar vermək – red.) anına qədər ardıcıl iş aparmalıyıq”.