ERMƏNİLƏRİN HUMANİTAR ATƏŞKƏS YALVARIŞI

2020-ci il 10 oktyabrdan 11 oktyabıra keçən gecə. Vətən Müharibəsinin 15-ci günü. Cəbhə bölgəsindən kənar, dinc insanların sakit öz yaşamlarına davam etdiyi Azərbaycanın ikinci ən böyük və qədim şəhəri Gəncə. Hərbi əməliyyatların getdiyi yerdən 60 km uzaqlıqda yerləşən Gəncə şəhərinin sakinləri o gecənin sonunda hansı dəhşətlərlə oyanacaqlarını heç ağıllarına da gətirmirdilər. Bilsəydilər valideynləri körpələrini çarpayısına qoymaz, uşaqlar ata-analarından qucağından heç çıxmaz bəlkə də heç yatmazdılar. Bu elə bir gecə idi ki, 27 sentyabrda Azrbaycanın torpaqlarının azad edilməsi üçün başladığı əks hücum əməliyyatlarından sonra burnu əzilən ermənistan tərəfi atəşkəs barədə razılığa gəlmək, hərbi əməliyyatların dayandırılması barədə vasitəçi olmaq üçün yalvarmadığı döymədiyi qapı qalmadığı bir vaxtda Azərbaycan, Vətən Müharibəsi tarixində ilk humanitar sazişin imzalanmasına razılıq vermişdi. Oktyabrın 10-u, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olundu. Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri bəyanat qəbul etdilər. Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırıldı. Razılaşdırıldı, amma bu razılaşmanın sonu nə oldu? Təbii ki, hər zamankı kimi ermənistan qapı-qapı düşüb yalvarıb istədiyi atəşkəsi, həm də humanitar bir atəşkəsi özləri pozaraq əslində atəşkəs adı altında nə istədiklərini bəlli etdilər. Humanitar Atəşkəslı bağlı razılığa gəlindi və haylar dırnaq arası humanistliklərini, insani keyfiyyətlərini bütün dünyaya göstərmək qərarına gəldilər. Hayların bu göstərisi dünyaya meydan oxumaqdımı, sonunda mənim gerçək üzümü gör deməkdirdirmi? Bəlkə də elədir. Öz gerçək üzünü göstərməkdən çəkinməməsi də bəlkə də bu günə qədər törətdikləri terorların terorla sözdə mücadilə edən bəzi böyük dünya ölkələrinin görməzdən gəlməsidir? Hər halda dünya yenə susdu. Ermənistan özünün istədiyi atəşkəs razılaşmasını oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan ərazisindən Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket atılanda. Böyük məhvetmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci hal olmasına baxmayaraq. Beləcə Moskvanın Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə oktyabrın 10-da əldə etdiyi “humanitar atəşkəs” razılaşması erməni işğalçılarının, qatillərinin Gəncəni raket atəşinə tutması ilə ləğv olundu. Müharibənin dayandırılması və atəşkəs rejimi ilə bağlı sənədin imzalanması aparıcı dövlət olan Rusiya və onun liderlərinin birbaşa qarantiyası əsasında baş tutduğundan bu anlaşmanın Ermənistan tərəfindən pozulması beynəlxalq hüququn pozulmasından başqa, həm də Rusiyanın imicini sarsıtdı. Xatırladaq ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.