Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra, Azərbaycan tərəfindən
bütün əraziyə tam nəzarət olunduğu müşahidə edilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən bilgiyə görə, Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən regionda asayişin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilib. Qeyd olunur ki, əsasən Azərbaycanın Xankəndi şəhərində ermənilər qəsdən yanğın törədir və müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların və arxivlərin məhv edilməsi prosesini həyata keçirirlər. Azərbaycanın müvafiq dövlət strukturları regiondakı mövcud vəziyyətə tam nəzarət edir, erməni əsilli Azərbaycan vətəndaşlarına humanitar yardım göstərir, daxil olan müraciətlərə baxırlar.