ERMƏNİLƏR XANKƏNDİ YOLUNU BAĞLAYIB

Əsgəran administrasiyasının rəhbəri Qrayr Apresyan azərbaycanlılarla danışıq  aparmış Rusiya sülhməramlı qoşunlarının nümayəndələrindən biri ilə görüşüb. Bunu qondarma “Artsax

İnformasiya Qərargahı”nın fotoqrafı David Kaqramanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə yüzlərlə erməni Ağdam-Xankəndi yolunda dayanıb. “Rusiya sülhməramlılarının nümayəndəsi Qrayr Apresyanı əmin etdi ki, onlar heç bir halda azərbaycanlıların irəliləməsinə imkan verməyəcəklər. Apresyanın sözlərinə görə separatçılar artıq Ağdam-Xankəndi yolunda çadırlar qurublar. Yüzlərlə Qarabağ ermənisi Azərbaycan mallarının Xankəndiyə girməsinin qarşısını almaq üçün Ağdam-Xankəndi yoluna toplaşıb. Qondarma respublikanın rəhbərliyi isə bildiririb ki, yüklərin qəbulu ilə bağlı heç bir razılaşma yoxdur. Bu arada Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır. Hazırda yükü aparan TIR-lar gözləmədədir. Qeyd edək ki, bölgədəki Azərbaycan postu ilə sülhməramlıların postu arasında çadırlar qurulub.