ERMƏNİLƏR TÜRKİYƏNİN OSMANLI İMPERİYASINI BƏRPA EDƏCƏYİNDƏN QORXUR
Baxış sayı: 16
Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə necə başladığını görə bilərsiniz. Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Ukrayna ruslar üçün prioritetdir, bu isə bizim üçün çox təhlükəlidir, çünki Rusiya Qafqazda da eyni seçimi edə və bu bölgədən geri çəkilə bilər. Bu sözləri erməni ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan yerli mediaya açıqlamasında deyib. “Bizə Türkiyədən deyirlər ki, növbəti sizsiniz, biz buranı yəni Suriyanı bitirib, Zəngəzura gələcəyik”, - deyə o Türkiyənin buna işarə etdiyini iddia edib. Xaçikyanın sözlərinə görə, İrana hücum ola bilər: “Belə məlumatlar ABŞ mənbələrindən gəlir. İran da sarsıdıcı cavab verəcəyi ilə hədələyir. Əgər İrana hücum olsa, bizim tərəfimizdə dayanan sonuncu ölkə çox məşğul olacaq, dünyanın diqqəti başqa yerə yönələcək. Biz isə 1915 rəqəminə qayıdacağıq – deyə Xaçikyan bildirib. Qeyd edək ki, Xaçikyan 1915 rəqəmi dedikdə, qondarma soyqırımı, əslində isə türklərə arxadan zərbə vurmaqlarını və xəyanəti xatırladır.