ERMƏNİLƏR SUSUZ QALIB

Ermənistanda hökm sürən xaos, özbaşınalıq və qurumların zəif fəaliyyəti yay mövsümünün qızğın aylarında su qıtlığı ilə müşahidə olunur. Müvafiq qurumlar suyun qiymətinin qaldırılmasını da planlaşdırırlar. Yerli sakinlərin sözlərinə görə qıtlıqla yanaşı, şəhərin müxtəlif yerlərində sakinlər tullantı sularından istifadə etmək məcburiyyətindədir. İrəvanda bir neçə gün əvvəl ticarət mərkəzində baş vermiş partlayışdan sonra sakinlər arasında təşviş artıb. Hadisədən sonra ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Hətta bu gün İrəvan metrosuna bomba qoyulması ilə bağlı quruma bilgi daxil olub. Paytaxt sakinləri təşviş və qorxu içində yaşaya bilmədiklərini və ölkəni tərk etmək istədiklərini dilə gətirirlər.