ERMƏNİLƏR RUSİYA BAYRAĞINI UKRAYNA BAYRAĞINA DƏYİŞDİLƏR
Baxış sayı: 362
Ermənistanda "Milli- Demokratik Qütb Bloku"nun üzvləri Rusiyanın Gümrüdəki 102 – ci hərbi bazasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar Rusiya hərbi bazasının işinin dayandırılmasını tələb edib, Qarabağdakı sülhmməramlıları öz işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar. Hərbi bazanın qarşısında polis kardonu düzlülüb. İştirakçılar bazanın girişində çadırlar qura bilməsələr də orada Ukrayna bayrağını yerləşdirə biliblər. Qeyd edək ki, sonuncu belə aksiya yanvarın 8- də baş tutmuşdu. Etirazçılar hərbi hissəyə yaxınlaşmağa çalışsalar da, polis onların qarşısını kəsib. Nəticədə aksiyaçılarla polis arasında əlbəyaxa dava düşüb. Bundan sonra 65 etirazçı polis tərəfindən saxlanılıb.