Ordumuzun keçirdiyi lokal antiterror əməliyyatları zamanı qanunsuz erməni silahlılarına ağır zərbələr vurulub. Xankəndidə yaşayan ermənilər artıq şəhəri tərk edirlər. Bu barədə
görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb. RİA Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib ki, Rusiya sülhməramlıları Qarabağın üç rayonundan 5 min insanı təxliyə edib. Bilgidə qeyd olunur ki, Bütün təxliyə edilənlərə isti yemək və istirahət yeri verilib, rus hərbi həkimləri onlara lazımi köməklik göstərirlər. Bilgiyə görə, Rusiya sülhməramlıları onları təxliyə edərək, Xocalı hava limanına aparır.