ERMƏNİLƏR ORDUMUZA QARŞI QADIN HƏRBÇİLƏRDƏN İSTİFADƏ EDƏCƏK

Ermənistanda yeni qanunun qəbulundan sonra 18 yaşdan 27 yaşadək olan qadınlar hərbi xidmət üçün müraciət edə biləcəklər. Bunu hərbi vəzivə və hərbi

qulluqçunun statusu haqqında VƏ müdafiə haqqında müvafiq qanunlara edilən dəyişikliklərlə bağlı danışan müdafiə naziri Suren Papikyan dyib. Qadınlar üçün hərbi xidmət könüllü əsaslarla olacaq. Təklif olunan güzəştlərə əsasən qızlar üçün xidmət müddəti 6 ay çəkəcək. Bundan sonra onlar 1 milyon dram məbləğundə ödəniş alacaqlar. Əgər qadın hərbçi səhhətinə görə erkən təxlis olunarsa, bu məbləğ altı aya bölünəcək. Qadın əsgərlər xidmət zamanı müəyyən maaş alacaqlar. Nazir onu da qeyd edib ki, hazırda təlimlər üçün nəzərdə tutulmuş hərbi hissələrdən birinin ərazisində xüsusi kazarma tikilir. Burada qadın hərbi bölmələri yerləşdiriləcək.