ERMƏNİLƏR LAÇINI MİNALAYIR

Ordumuzun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri – qanuni erməni dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib. Onlar ağır texnikalarını da götürüb ölkəmizin suveren ərazini tərk edirlər. Bununla belə mənfur qonşularımız özlərinin işğalşı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi Laçında da yanğınlar törədir, əraziləri minalayırlar . Bu barədə Caliber layihəsinin Youtube kanalında yayımlanan növbəti sujetdə qeyd olunur. Sujetin müəllifi onu da qeyd edir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır. Belə ki, ordumuz PUA – ların vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır. Həmçinin bir neçə gün əvvəl Sarıbaba yüksəkliyində yeni basdırılmış minaları aşkar edərək zərərsizləşdirib.