ERMƏNİLƏR LAÇINDA EVLƏRİ YANDIRIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 832
			
	
        
		
			
		
		
	
	
		Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri , Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyəsinə başlayır. Bu barədə Ermənistanın “Pastark” agentliyi məlumat yayıb. Məlumata görə, özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyan Laçında qalan ermənilərin təxliyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb. Qeyd edək ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir. 
Bu arada, Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas” antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb. Bunu terrorçu rejimin “səhiyyə naziri” Mikael Ayriyan bildirib. Onun sözlərinə görə, 4 yaralının vəziyyəti ağırdır. Bu da ölü sayının artacağını istisna etmir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				