ERMƏNİLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ÖLKƏNİ TƏRK EDİR
Baxış sayı: 451
Uşaqlarımızı götürüb ailəlikcə bu ölkədən qaçırıq. Bu sözləri İrəvanın Zvarnos aeraportundan hazırlanan reportajda Ermənistan vətəndaşı Aşot deyib. Aeraportdakı insanların böyük əksəriyyətinin bir daha geri qayıtmayacağına əmin olduğunu deyən Aşot ötən bir ay ərzində ölkəni həmişəlik tərk edən insanların sayının 4 mindən çox olduğunu bildirib. Aparıcının daimi yaşayış və iş yeri müəyyənləşdirmisizmi, sualına cavab verən Aşot bildirib ki, ən əsası bu ölkəni tərk etməkdir. Yaşayış və iş yeri məsələsini sonra da həll etmək olar. Müxbirin bəs niyə belə qərar vermisiz, sualına isə o, ölkənin perspektivsizliyinə əmin olduqdan sonra, bu addımı atdığını deyib. Aşotun sözlərinə görə ölkə vətəndaşlarının 70% - i ölkəni tərk edib və onları heç kim qınaya bilməz.
Onuda xatırladaq ki,2020 – ci ildə 44 günlük Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra, ölkəni bürüyən immiqrasiya dalğası, bu günkü Ermənistan ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdən biridir.