ERMƏNİLƏR İKİ RAYONUMUZU ATƏŞƏ TUTUB
Baxış sayı: 510
Sentyabrın 7-si saat 21-dən sentyabrın 8-i saat 04-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bununla bağlı bilgini Azərbaycan Müdafiə Nazirliyi yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.