ERMƏNİLƏR AZƏRBAYCANA QARŞI TƏXRİBAT HAZIRLADI

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində ermənilər öz  vəhşiliklərini bir daha dünyaya sübut etdilər. Belə ki, Azərbaycan bayrağı səhnəyə gətirildikdən sonra salondan bir nəfər əlində yandırıcı maddə səhnəyə qalxıb və bayrağımıza od vuraraq onu salondan çıxarıb. Sosial şəbəkələrin erməni seqmentində yayılan bilgiyə görə bu vəhşiliyi  Aram Nikolyan adlı erməni dizayner törədib. Qeyd edək ki, Ermənistan İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan heyətinin təhlükəsizliyinə təminat vermişdi. Amma görünən odur ki, təhlükəsizlik təminatının ömrü çempionatın açılış mərasimindəcə bitib. Məlum çempionatının açılış mərasimində bayrağımızı yandırdığı üçün saxlanılan Aram Nikolyan polis idarəsini tərk edib. O, kütlə tərəfindən polis idarəsinin qarşısında alqışlarla qarşılanıb. Vəkil Aleksandr Koçevayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir iddiham irəli sürülməyib. Təxribatçının bu şəkildə alqışlarla, heç bir qanuni tədbir görülmədən buraxılması, Ermənistanda ədalətin ayaqlar altına alındığının bariz nümunəsidir.