ERMƏNİLƏR ARAİKİ FİTƏ BASDILAR

Xankəndidə separatçıbaşı Araik Arutyunyanın “təhlükəsizlik şurasının iclası” adı ilə keçirdiyi və 6 saat davam edən müzakirələrdən sonra erməni sakinlərə “istefası”nın

müzakirə edildiyini bildirib. O, heç bir qərar verilmədiyini, sabah ya da biri gün “istefasının” daha dar çərçivədə bir daha müzakirə ediləcəyini açıqlayıb. Qeyd edək ki, mitinq edən ermənilərin qarşısına çıxan Araik Arutyunyanı əhali fitə basıb. Hətta mitinqdə olanlardan biri Arutunyanı görən kimi qışqıraraq bu sözləri deyib : “Bəsdir bacarmırsan, bizi rahat burax, sənsiz hər şey daha yaxşı olacaq. Kişiliyin olsun, istefa ver”!

Sonda Araik mitinqə toplaşmış ermənilərə bildirib ki, o çarəsiz qalıb. Ancaq çörək məsələsin mütləq həll edəcək. Bəzi erməni mənbələrinin yazdığına görə Araik Arutyunyan “istefa” verəcəyi təqdirdə keçmiş “xarici işlər naziri” Masis Mailyanın onun yerinə keçməsi üçün çalışacaq.