Xankəndidəki separatçı rejimin rəhbərliyinin təxribatları yeni vüsət alır. Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasından sonra bütün təxribatçı
imkanlardan məhrum olan erməni separatçıları şou xarakterli «aksiyalara» başlayıblar. Belə ki, Ermənilər Ağdam-Əsgəran yolunu bağlayıblar. Bu barədə Ermənistan KİV – ləri bilgi yayılıb. Bildirilib ki, Qarabağın erməni sakinləri Ağdam-Əsgəran yolunu beton külçələrlə bağlayıb və həmin ərazidə aksiya keçirirlər. Ekspertlərin fikrincə ərzaq və digər təminat üçün Əsgəran-Ağdam yolundan istifadənin mümkünlüyü ilə bağlı Bakının təkliflərinə qarşı yerli əhalini düşünmədən çıxış edən separatçı rejim rəhbərliyinin bu addımı, növbəti dəfə onların sülh danışıqlarına zərbə vurmaq niyyətindən başqa bir şey deyil.