ERMƏNİLƏRƏ QARŞI ÇIXAN QUBALI TACİR
Baxış sayı: 950
Doğası ilə gələn qonaqları özünə vurğun edən Quba tarixi məkanları ilə də diqqət çəkir. Şəhərə girər -girməz burdakı tikililər Qubanın tarixini öyrənib, maraqlı bilgilər qazanmaq istəyi oyadır insanın içində. Elə şəhərin mərkəzində, Heydər Əliyev prospektindəki bu tikili kimi. Üzərində Quba Uşaq İncəsənət Məktəbi yazılsa da tikilinin maraqlı tarixi olduğu elə çöldən baxdıqda bəlli olur. Tikili haqqında daha geniş bilgi almaq üçün qapısının açıb içəri daxil olduq. Gəldiyimizi öyrənib bizi qapıda qarşılayan məktəbin direktoru Mirkazım Cəfərov bələdçilik edib, bu tarixi bina haqqında bilgi verməyi öz üzərinə götürdü. İndi məktəb binası olan bu tarixi tikili ilə tanış olmazdan öncə diqqətimizi ilk çəkən - bu məktəbin 3 məzununun Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. İndi bu şəhid məzunların təhsil aldığı siniflər onların adını daşıyır.